4 Avqust 2019 12:27
511
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tramp administrasiyası ABŞ-ın Rusiya ilə soyuq müharibə dövründə bağlanmış silahlara nəzarət haqqında müqavilədən rəsmən çıxandan sonra bir neçə ay ərzində Sakit okean regionunda ortamənzilli raketlər yerləşdirmək niyyətindədir.

Teleqraf.com xəbər verir ki, ABŞ-ın Müdafiə naziri Mark Esper bunu Avstraliyaya yola düşərkən bildirib.

Esper onu da əlavə edib ki, daha mükəmməl yerüstü raketlər hazırlanması üçün vaxt lazım olacaq. Müdafiə nazirinin fikrincə, bu addım, ehtimal ki, Çini qəzəbləndirəcək, amma “Pekin buna təəccüblənməməlidir”.

Ortamənzilli və qısamənzilli raketlərin məhv edilməsi haqqında müqavilənin müddəti avqustun 1-də başa çatıb və ABŞ bildirib ki, həmin müqaviləyə uyğun olaraq əvvəl qadağan edilmiş yeni raketlərin sınaqlarına başlamağı planlaşdırır.

Esper Avstraliyadan sonra Yeni Zelandiyaya, Yaponiyaya və Cənubi Koreyaya səfər edəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər