4 Avqust 2019 14:46
531
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənub-Şərqi Asiya Dövlətlərinin (ASEAN) regional forumu ABŞ və Şimali Koreyanı Pxenyanın nüvə silahının ləğvi ilə bağlı işçi danışıqları bərpa etməyə çağırıb.

Teleqraf.com xəbər verir ki, forumun nazirlər görüşü iyulun 3-də Tailandda keçirilib. Görüşdə ASEAN üzvü olan 10 ölkə ilə yanaşı, Yaponiya, ABŞ, Çin və Şimali Koreyanın da nümayəndələri iştirak ediblər.

Diqqət mərkəzində olan məsələlər içərisində ABŞ və Şimali Koreya arasında Pxenyanın nüvə silahının ləğvi ilə bağlı danışıqların bərpa ediləcəyi xüsusi yer tutub.

Lakin Pxenyan Tailanda nüvə silahının ləğvi üzrə danışıqlarda önəmli rol oynayan Şimali Koreyanın xarici işlər naziri Ri Ryon Xonu göndərməyib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər