4 Avqust 2019 15:17
1 164
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın cənubunda yerləşən Buşehr vilayətinin Təngestan rayonunun sahillərində qırıcı təyyarə qəzaya uğrayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə İranın Buşehr vilayətinin Təngestan rayonunun qubernatoru Əbdülhəsən Rəfiipur məlumat yayıb.

Onun sözlərinə görə, qəzaya səbəb təyyarədə texniki nasazlıq olub.

Pilotları xilas etmək mümkün olub. Əbdülhəsən Rəfiipur pilotların vəziyyətinin qənaətbəxş olduğunu söyləyib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər