11 Sentyabr 2014 22:53
821
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstanbulda İŞİD terrorçu qruplaşmasının liderlərindən biri tutulub. ANS PRESS-in məlumatına görə, bu barədə Türkiyə mətbuatı yazır.

Xəbərə görə, Türkiyə polisi Fransa xüsusi xidmət orqanları tərəfindən axtarılan Fransız vətəndaşı Mourad Faresi ötən ay İstanbulda tutub.

Fransa mətbuatı iddia edir ki, Türkiyə tərəfi ötən gecə Mourad Faresi gizli şəkildə Fransya təhvil verib. Lakin hər iki ölkənin rəsmi qurumları bununla bağlı heç bir açıqlama vermir.

Mourad Fares yeniyetmələri İŞİD terrorçu qruplaşmasına cəlb etməkdə təqsirli bilinir.


Müəllif: