Xüsusi əməliyyat zamanı İraqın antiterror bölməsinin döyüşçüləri Kərkük vilayətindəki Huweyjinin qərbində yerə enərək bir qrup terrorçunu məhv edib.
Teleqraf.com-un məlumatına görə, döyüşçülər intiharçı kəmərləri və partlayıcı qurğuları olan anbarı da aşkar ediblər.
Bildirilir ki, həyata keçirilən əməliyyat "Yeni şəfəq" adlanıb. Aviasiya içərisində olan terrorçularla birlikdə sığınacaq və tunelləri məhv edib.