Aktyor sevgilisi Ahmet Kuralla qalmaqallı şəkildə ayrılan Türkiyənin məşhur müğənnisi Sıla Gençoğlunun konsertində ilginc anlar yaşanıb.
Teleqraf.com xəbər verir ki, Bodrum Antik Teatrında sevənləri ilə bir araya gələn ifaçının oturaq vəziyyətdə mahnı ifa etməsi tamaşaçıları qəzəbləndirib.
Müğənni uzun müddət ayağa qalxmadan mahnı oxuduğu üçün izləyiciləri konserti boykot edib.
Sılanın konserti başa çatmadan tamaşaçıların böyük qismi salonu tərk edib.