Rəsmi Tokio Kuril adalarındakı təlimlərlə bağlı Moskvaya etiraz edib.
Teleqraf.com xəbər verir ki, Yaponiya Nazirlər Kabinetinin Diplomatik əlaqələr üzrə birinci katibi Yosixide Suqa rəsmi Moskvaya Kunaşır adası üzərində keçirdiyi hərbi təlimlərə görə etirazını çatdırıb.
O bu ərazilərdə Rusiya hərbi donanmasının mövcudluğundan narahatlığını bildirib: “Şimal ərazilərimizdə Rusiya donanmalarının olması bizim mövqeyimiə uyğun deyil və qəbuledilməzdir”.