Ustad sənətkar Kamal Sunalın (Şaban) qızı Ezo Sunal ağır qəza keçirib.
Teleqraf.com xəbər verir ki, Ezo Sunalın qayığı batmaq təhlükəsi ilə üz-üzə qalıb.
Qəza ilə bağlı sosial mediada paylaşım edən Sunal möcüzə nəticəsində sağ qaldıqlarını vurğulayıb: “Qəzada xəsarət almamamağımız möcüzədir. Həyatımda ilk dəfə bu qədər qorxdum”.
Ailəsi ilə birlikdə Böyükadadan qayıdan Ezo Sunalın qayığı başqası ilə toqquşub: “Dünən axşam qorxunc hadisə yaşadım. Şokun təsirindən hadisəni tam dərk edə bilmirdim, amma indi fikirləşəndə başa düşürəm ki, yaxşı qurtarmışıq”.