5 Avqust 2019 13:48
1 929
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avqustun 10-da Rusiya müxalifəti böyük etiraz aksiyası keçirməyə hazırlaşır.

Teleqraf.com xəbər verir ki, bu ilin sentyabr ayında keçiriləcək yerli bələdiyyələrə seçkilərdə bəzi müxalif siyasətçilərin Moskva Bələdiyyəsinin Məclis üzvlüyünə namizədliyinin qeydə alınmaması etirazlara səbəb olub.

Avqustun 3-də keçirilən etiraz aksiyasında ən azı 100 nəfər həbs olunub, 19 nəfər haqqında cinayət işi açılıb. Ümumilikdə 600 nəfərin saxlanıb.

Rusiya rəsmiləri 10 avqusta planlaşdırılan etiraz aksiyasının şəhər kənarında ola biləcəyini açıqlayıb. Nümayişçilər isə mitinqin mərkəzdə keçiriləcəyini bildiriblər.


Müəllif: İmamət İsmayılova

Oxşar xəbərlər