12 Sentyabr 2014 00:54
921
12 Punto 14 Punto 16 Punto 18 Punto

İki rus və bir amerikaalı kosmonavt altı ay Beynəlxalq Fəza Stansiyasında fəaliyyətdən sonra Yer Kürəsinə qayıdıb.

ANS PRESS-in məlumatına görə, Oleq Artemiyev, Aleksandr Skvortsov və Stiven Svansonu daşıyan Rusiyanın “Soyuz” kosmik gəmisi Qazaxıstan yaxınlığında bu gün səhər saatlarında yerə enib.

Onların yerinə fəaliyyətə başlayacaq üç nəfər bu ayın sonlarında fəza stansiyasına göndəriləcək.

Ekipaj üzvlərindən biri rusiyalı qadın kosmonavt Yelena Serovadır. O, 1997-ci ildən bəri kosmosa göndərilən dördüncü rus qadın kosmonavtdır.


Müəllif:

Oxşar xəbərlər