5 Avqust 2019 17:17
460
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ sanksiyalarına baxmayaraq, İranla Azərbaycan arasındakı əməkdaşlıq və əlaqələr müxtəlif sahələrdə inkişaf edir.

Teleqraf.com İSNA-ya istinadən xəbər verir ki, bu sözləri İran Prezident Administrasiyasının rəhbəri Mahmud Vaezi Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayevlə görüşü zamanı deyib.

Azərbaycan, Rusiya və İran prezidentləri arasında qarşıdan gələn üçtərəfli sammitdən bəhs edən Vaezi, sammitin ölkələr arasında, xüsusən ticarət birjalarında əməkdaşlığın daha da irəliləməsinə zəmin yaradacağını vurğulayıb.

O, Tehran-Bakı arasında hərtərəfli əlaqələrdən və ölkələr arasında keçən ilə nəzərən iki dəfə artan ticarət mübadiləsindən də danışıb: “Tehran və Bakı əczaçılıq, avtomobil sənayesi, müştərək investisiya, regional məsələlər və sərhəd sahəsində çox yaxşı şəkildə əməkdaşlıq edir”.

O, son beş ildə iki qonşu ölkə arasında prezidentlərin görüşlərinin 12 dəfə keçirilməsini Tehran və Bakı arasındakı münasibətlərin inkişafının göstəricisi olduğunu açıqlayıb.

Şahin Mustafayev öz növbəsində iki ölkə və xalqlar arasında münasibətlərin genişlənməsindən və ikitərəfli etimaddan məmnunluğunu bildirib, dostluq əlaqələrinin möhkəmləndirilməsinin vacibliyini qeyd edib.

Nazir ABŞ-ın təzyiqləri və sanksiyalarının İranla ikitərəfli əlaqələrə təsir etmədiyini də vurğulayıb:
“Keçən illə müqayisədə Tehran-Bakı arasında mövcud olan ticarət birjaları iki qat artıb. İran şirkətlərinin Azərbaycanda iştirakı nəzərəçarpacaq artımla müşayiət olunur”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər