Polşanın Krakovo şəhərində polis əməkdaşları Çeçenistan və Ermənistan əsilli, təxminən, 20 nəfəri saxlayıb.
Onlar polşalı futbol fanatları ilə “M1” Ticarət Mərkəzində münasibətlərini aydınlaşdırmağı planlaşdırırlarmış.
Bildirilib ki, münaqişə qanunsuz siqaret satışı bazarını bölə bilməmək üstündə yaranıb. Polisə tərəflər arasında münaqişənən olacağı əvvəlcədən məlum olub.
Saxlanılanların üzərində silah və narkotik maddə aşkarlanıb.