7 Avqust 2019 12:09
683
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Prezidenti Vladimir Zelenski Donbasda 4 Ukrayna hərbçisinin öldürməsi ilə əlaqədar güc strukturlarının rəhbərlərini müşavirəyə toplayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə UNİAN xəbər agentliyi məlumat yayıb.

Müşavirə Ukrayna Prezidentinin ofisində keçirilir.

Müşavirədə prezidentdən başqa, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Ruslan Xomçak, Silahlı Qüvvələrin əsas bölmələrinin nümayəndələri, Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Danilyuk da iştirak edir.

Qeyd edək ki, Ukrayna Müdafiə Nazirliyi avqustun 6-da Donbasdakı mövqelərinə iki hücumun qeydə alındığını, dörd əsgərin həlak olduğunu bildirib.

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Danilyuk insidenti atəşkəs rejiminin kobud şəkildə pozulması kimi qiymətləndirib.


Müəllif: Səxavət

Oxşar xəbərlər