7 Avqust 2019 15:37
601
12 Punto 14 Punto 16 Punto 18 Punto

Britaniyalı televiziya aparıcısı Maykl Byuerk bildirib ki, piylənmə xəstəlik deyil, ona görə də artıq çəkiyə malik insanları müalicə etməyə ehtiyac yoxdur.

Teleqraf.com xəbər verir ki, “Radio Times” jurnalındakı köşə yazısında yazıb:

“Siz şişmansız, ona görə ki, həddən çox yeyirsiniz”.

Onun sözlərinə görə, piylənmədən əziyyət çəkən insanlar xəstə deyil, zəifdirlər və onların ölümü Milli Səhiyyə Xidmətinin pullarına qənaət edəcək.

M.Byuerk əlavə edib ki, uzunömürlülüyü həyatda əsas məqsədə çevirmək lazım deyil. Onun fikrincə, aşırı çəkiyə malik insanların vaxtından əvvəl ölümü demoqrafik disbalansa, əhali sıxlığının qarşısının alınmasına və iqlim dəyişikliyinə qarşı mübarizədə “can fəda etmək” sayıla bilər.

Britaniya hakimiyyət orqanlarının məlumatına görə, ölkədə orta yaş qrupuna məxsus hər 3 insandan və 11 yaşadak olan uşaqların hər beş nəfərindən biri piylənmədən əziyyət çəkir.


Müəllif: Səxavət

Oxşar xəbərlər