Məşhur müğənni Cenifer Lopez illər sonra dünən Türkiyənin Antalya şəhərində konsert verib.
Teleqraf.com xəbər verir ki, Bələk bölgəsində lüks otellərdən birində baş tutan konserti türkiyəli məşhurlarla yanaşı təxminən 2 min nəfər izləyib.
Bir neçə gündür Lopezin yaxın rəfiqəsi olan erməni əsilli model Kim Kardaşyanın konsertdə iştirak edəcəyinə dair anons verilsə də, o, mərasimə qatılmayıb. Xüsusi dəvətli olan Kardaşyanın Lopezi tək buraxması müzakirələrə səbəb olub.
Müğənnini ayaqda dinləmək istəyənlər 7 min lirə ödəyib. Konsert üçün ayrılan 28 lojanın qiyməti isə 50 min avro dəyərində olub.
Konsert boyu iki dəfə libasını dəyişən sənətçi doğum gününü söz verdiyi kimi Antalyada qeyd etdiyini deyib: “Türkiyədə, Antalyada olduğum və burada konsert verdiyim üçün xoşbəxtəm”.
Lopez Türkiyəyə övladları ilə birgə gəlib, o, təyyarədən düşər-düşməz İnstaqramda foto paylaşıb.