ABŞ dolları Türkiyə birjasında dəyər itkisinə məruz qalıb.
Teleqraf.com xəbər verir ki, hazırda türk birjasında 1 ABŞ dolları 5.46 lirəyə təklif olunur.
Türkiyə Mərkəzi Bankının yeni genişlənən pul siyasəti türk lirəsini gücləndirdiyi halda dolların ucuzlaşmasına yol açıb.
31 mart bələdiyyə seçkilərindən bu yana ilk dəfə ən aşağı qiymətə təklif olunan dollar bir gündə 5.50 türk lirəsindən 5.46 lirəyə qədər geriləyib.