Kaliforniya ştatının Orinc dairəsində gün ərzində baş verən soyğunçuluq və silahlı hücumlar nəticəsində 4 nəfər ölüb, 2 nəfər ağır yaralanıb.
Teleqraf.com xəbər verir ki, bu barədə “ABC7” telekanalı yerli hüquq-mühafizə orqanlarına istinadla məlumat yayıb.
Polis şübhəli şəxsi yaxalamağa nail olub.
Hadisənin Qarden Qrouv şəhərində baş verdiyi deyilir. Cinayətin motivi hələlik bəlli deyil.