Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada ukraynalı həmkarı Vladimir Zelenski ilə birgə mətbuat konfransında Krımı Rusiya ərazisi kimi tanımayacağına söz verib.
Teleqraf.com xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb
Ərdoğan konfransda Türkiyənin həmişə Ukraynanın müstəqilliyi və ərazi bütövlüyünü dəstəklədiyini bildirib: “Türkiyə Krımın ilhaqını tanımadı və tanımır”.
Bundan əlavə, Ərdoğan Krım tatarlarının hüquqlarını qorumağa davam edəcəyinə söz verib:
“Krım tatarları ölkələrimiz arasındakı əlaqələrin vacib elementidir. Krım tatarlarının hüquqlarını qorumaq və milli kimliyini qoruyub saxlamağı prioritet sayacağıq”.