8 Avqust 2019 12:16
696
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayevin saxlanılması üçün aparılmış xüsusi əməliyyat nəticəsində yaralananların sayı 52 nəfərə çatıb.

Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyindən məlumat verilib.

Daha əvvəl 47 nəfərin yaralandığı və bir xüsusi təyinatlının öldüyü bildirilmişdi. Bundan əlavə Daxili İşlər Nazirliyinin Çuy vilayəti üzrə idarəsinin rəisi Samat Kurmankulov da yaralanıb, o, hazırda komadadır.

Qeyd edək ki, dünən axşam Qırğızıstan xüsusi xidmət orqanları A.Atambayevin paytaxtdan 20 kilometr məsafədə yerləşən Koy-Taş kəndindəki iqamətgahında saxlanılması üçün əməliyyat keçirib. Xüsusi xidmət orqanları keçmiş liderin tərəfdarlarına qarşı xüsusi vasitələrdən istifadə edib, qarşı tərəf cavab atəşi açıb.

Keçmiş prezidentin tutulması mümkün olmayıb. Bundan əlavə, bir neçə xüsusi təyinatlı girov götürülüb.

Qırğızıstan Baş Prokurorluğu baş verən hadisələrlə bağlı “kütləvi iğtişaşlar törətmə” və “xuliqanlıq” maddələri ilə cinayət işi açıb.


Müəllif: Səxavət

Oxşar xəbərlər