Bolqarıstan parlamentinin bir qrup üzvü Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər edib.
Teleqraf.com xəbər verir ki, üç nəfərdən ibarət nümayəndə heyəti Xankəndində Qarabağ separatçılarının başçısı Bako Saakyanla görüşüb.
Görüşdə qondarma rejim və Bolqarıstan parlamenti arasındakı əlaqələr müzakirə olunub. Azərbaycan sərhədlərini pozan deputatların adları açıqlanmayıb.