Rusiya Qırğızıstandakı münaqişə tərəflərini təmkinli olmağa çağırır.
Teleqraf.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin bildirib.
O, daha sonra deyib:
“Əlbəttə, biz ölkənin, bizə qardaş xalqın taleyindən narahatıq. Rusiya hakimiyyət nümayəndələri münaqişə tərəflərini təmkinli olmağa çağırır”.