8 Avqust 2019 16:10
948
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lüksemburq şəxsi istehlak məqsədilə marixuana istehsalı və istifadəsini qanuniləşdirən ilk Avropa ölkəsi olmağa hazırlaşır.

Teleqraf.com xəbər verir ki, marixuana istifadəsini və istehsalını qanuniləşdirən ilk Avropa İttifaqı üzvü olacaq Lüksemburq qonşu ölkələri də narkotik maddələrlə bağlı qanunları yüngülləşdirməyə çağırıb.

Ölkənin sahiyyə naziri Etyen Şnayder bildirib ki, hökumətin son 50 ildir yürütdüyü narkotik siyasəti özünü doğrultmayıb: “Hər şeyi qadağan etmək gəncləri daha da qəribələşdirir. Ümid edirəm ki, hamımız narkotik maddələrə qarşı daha açıq fikirli olacağıq”.

Yeni qanuna görə, 18 yaşından yuxarı şəxslər əyləncə məqsədləri üçün marixuana ilə təmin edilə biləcək. Lakin Etyen Şnayder yeni qanunun narkotik ticarətinin genişlənməsinə yol açmaması üçün ölkə vətəndaşı olmayan şəxslərdən narkotik maddələrin alınmasının, o cümlədən, evlərdə marixuana yetişdirilməsinin qadağan ediləcəyini bildirib.

Habelə 12-17 yaş arasındakı şəxslərin 5 qram və ya daha az həcmdə narkotik maddə saxlaması cinayət məsuliyyəti sayılacaq.

Ölkədə 6 həftədən çoxdur davam edən müzakirələrdən sonra koalisiya hökuməti yeni qanunun layihəsini təsdiq edib.

Lüksemburqla yanaşı, Avropada Hollandiya, İspaniya, Portuqaliya və Çexiya bəlli miqdarda narkotikdən istifadəyə icazə verir. Hollandiyada şəxsi məqsədlər üçün istifadə olunan çətənə kolları bələdiyyələr tərəfindən yetişdirilir.

Dünyada narkotikdən istifadəni 2013-cü ildə qanuniləşdirən ilk ölkə Uruqvay olub. Kanada isə 2018-cü ildə qəbul etdiyi qanunla ikinci sırada yer alıb. ABŞ-ın 26 ştatında da narkotikdən istifadə qanuniləşdirilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər