8 Avqust 2019 19:54
827
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hakim Ədalət və İnkişaf Partiyasından (AKP) istefa verən Türkiyənin keçmiş iqtisadiyyat naziri Əli Babacan yaradılacaq yeni partiya ilə bağlı hərəkətə keçdiklərini bəyan edib.

Teleqraf.com xəbər verir ki, Əli Babacan dostları ilə birgə Türkiyənin hazırki problemlərini həll etmək üçün vacib hesab olunan işlərə start verildini söyləyib.

Onun sözlərinə görə, yeni yaranacaq partiya təkcə Türkiyədə deyil, geniş bir arealda maraqla qarşılanır: “Səmimiyyətlə iş görəndə və ortaq fikrə əsaslananda ölkəmizin həll edə bilməyəcəyi bir problem yoxdur. Keçən ay çıxışımdan sonra çoxlu sayda insan bu prosesə dəstək verəcəyini bildirib. Cəmiyyətin bütün təbəqələrinin təkliflərinə açıq olacağıq”.


Müəllif: Nərgiz

Oxşar xəbərlər