9 Avqust 2019 09:23
751
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Milli Kəşfiyyat İdarəsi direktorunun səlahiyyətlərini Milli Antiterror Mərkəzinin rəhbəri Cozef Maquayr icra edəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Twitter” səhifəsində yazıb.

O, avqustun 15-dən Cozef Maquayrın Milli Kəşfiyyat İdarəsi direktorunun səlahiyyətlərini icra edəcəyini bildirib.

Xatırladaq ki, Milli Kəşfiyyat İdarəsinin hazırkı direktoru Daniel Kouts avqustun 15-də bu vəzifəni tərk edəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər