Türkiyənin tanınmış pop ifaçısı 49 yaşlı Sərdar Ortac həyat yoldaşı irlandiyalı model Klou Launınla rəsmi şəkildə ayrılıb.
Teleqraf.com xəbər verir ki, Sərdar Ortac 2014-cü ildə evlənən məhkəmə salonundan çıxarkən jurnalistlərin suallarını cavablayıb.
“Evliliyimiz alınmadı. Bu qərarı bir yerdə verdik. Keçmiş həyat yoldaşımın bu gün səhər saatlarında mədəsindəki kəskin ağrılara görə xəstəxanaya apardıq. O mənə xanımlıq edib, düşmənim deyil, xəstəxanada yanında olmasaydım, adam olmazdın”.
Klou isə məhkəmədən sonra “Sevərək evləndim, sevərək də boşandım. Hər zaman da sevəcəyəm” deyə söyləmişdi.