9 Avqust 2019 18:58
1 801
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Vaşinqton Suriya kürdlərinə dəstək verməyəcəyi barədə Ankaraya qarantiya verməyib, ümumiyyətlə, ABŞ-ın türklərə görə kürdlərdən imtina edəcəyi inandırıcı deyil”.

Teleqraf.com xəbər verir ki, bunu rus politoloq Kiril Semyonov deyib.

Ekspert ABŞ və Türkiyə arasında Suriyanın şimalında təhlükəsizlik zolağının qurulmasına dair əldə edilmiş anlaşmanı şərh edib:

“Vaşinqton Ankaraya qarantiya verməyib ki, kürdlərə verdiyi dəstəyi dayandıracaq. Üstəgəl, bu zolağın hansı formada qurulacağının detalları bəlli deyil. Bu ərazilərə nəzarəti Türkiyənin, müttəfiqlərin, yoxsa Suriya ordusunun nəzarət edəcəyi də məlum deyil.

Yəni, Türkiyə ilə təhlükəsizlik zolağının qurulması məsələsində anlaşan ABŞ-ın türklərə görə kürdlərə dəstəyi dayandıracağı ehtimalı mümkün deyil. Əksinə, ABŞ silahlı kürdləri öz əlində saxlamaq üçün əvvəlki dəstəyi davam etdirəcək. Çünki ABŞ-ın bölgədəki varlığı buna bağlıdır”.

Əlavə edək ki, Türkiyə və ABŞ Suriyanın şimalında təhlükəsizlik zolağının qurulmasına dair anlaşıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər