10 Avqust 2019 09:23
1 933
12 Punto 14 Punto 16 Punto 18 Punto

İqlim dəyişikliyi ilə əlaqədar gənə, ağcaqanad kimi həşəratlardan insanlara keçən xəstəliklər artacaq.

Teleqraf.com xəbər verir ki, bu sözləri İstanbul Texniki Universiteti Metereoloji mühəndisliyi bölümünün rəhbəri, professor Mikdat Kadıoğlu söyləyib.

Onun sözlərinə görə, araşdırmalara əsasən, BMT-nin müvafiq şöbələrinə son 20 ildə ən azı 45 yeni xəstəliyin yarandığı haqda hesabat göndərilib: “Amerika Ekologiyanın Mühafizəsi İdarəsi dünyada epidemiyaların artımını qlobal istiləşmə nəticəsində torpaqdan istifadə və kənd təsərrüfatı sahəsində dəyişikliklərlə əlaqələndirib. İnsanlarda aşkarlanan xəstəliklərdən qızdırma və limfa artritinin gənələrdən, Qərbi Nil xəstəliyinin isə ağcaqanadlardan keçdiyi deyilir”.

Türkiyəli mütəxəssisin sözlərinə görə, yaxın 50 ildə isti günlərin sayı çoxalacaq, yağıntılar isə azalacaq. Bununla bərabər, dəniz suyunun səviyyəsi yüksələcək. Bu artım Aralıq dənizi-Egey bölgəsində daha çox, Qərbi Anadolu, Qara dənizdə daha az hiss ediləcək:

“2023-cü ildə yağış qıtlığı yaranacaq. Yağan yağış sularını indidən anbara doldurmalıyıq. Torpağa yağan yağışın suyunu isə yeraltı su ehtiyatlarını artırmaq üçün yaymalıyıq. Bağlarımızı xlorlu suyla deyil, yağış suyuyla sulamağımız lazımdır”.


Müəllif: İmamət İsmayılova

Oxşar xəbərlər