10 Avqust 2019 15:02
568
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qırğızıstanda məhkəmə keçmiş prezident Almazbek Atambayevin nəzarətində olan və rus dilində yayım aparan “Aprel” telekanalının əmlakı üzərində həbs qoyub.

Teleqraf.com-un məlumatına görə, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

“Məhkəmənin qərarı ilə “Aprel TV” televiziya kanalının əmlakı üzərində həbs qoyulub”, –deyə nazirliyin məlumatında bildirilib.

Qeyd edək ki, “Aprel TV”nin yayımı digər bir neçə telekanalla birlikdə avqustun 7-də – sabiq dövlət başçısının tutulması üçün keçirilən xüsusi əməliyyatın ilk günündə dayandırılıb.


Müəllif: Səxavət

Oxşar xəbərlər