ABŞ-ın Nyu-Cersi əyalətində 36 yaşlı iki uşaq anası müəllimə Lauren Koyle Mişel 15 yaşlı qız tələbəsi ilə cinsi münasibətdə olub.
Teleqraf.com xəbər verir ki, müəllimə əvvəlcə ittihamları rədd edib, sonra hər şeyi boynuna alıb.
Prokurorluq cinsi təcavüzün 2015-ci ildə müəllimənin evində baş tutduğunu bildirilib. Müəllimə bundan təəssüfləndiyini, münasibətlərinin telefon mesajları ilə başladığını söyləyib: “Belə olacağını bilməzdim. Buna görə çox peşmanam”.
Münasibətlərin müəllimənin təzyiqi ilə baş tutduğu aşkarlanıb.
Koyle Mişel 5 il həbs cəzası alıb. Onun cəzanın 85 faizini çəkdikdən sonra şərti azadlığa buraxılacağı, amma müəllimliklə məşğul ola bilməyəcəyi bildirilir.
Müəllimənin feysbuk hesabında həyat yoldaşı və uşaqları ilə birgə çəkdirdiyi xoşbəxt foto izləyicilərin qəzəbinə tuş gəlib.