10 Avqust 2019 21:26
689
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayevin aparatının keçmiş rəhbəri, onun ən yaxın müşaviri Fərid Niyazov girov götürməsinə görə oktyabrın 8-dək həbs edilib.

Teleqraf.com-un məlumatına görə, hakim, F.Niyazovun oktyabrın 8-dək istintaq təcridxanasında saxlanılmasına dair qərar verib.

Xatırladaq ki, avqustun 7-i axşam saatlarında Almazbek Atambayevin saxlanması üçün xüsusi əməliyyat keçirilib. Əməliyyat zamanı baş vermiş atışma nəticəsində 100-ə yaxın şəxs yaralanıb, bir neçə xüsusi təyinatlı sabiq prezidentin tərəfdarları tərəfindən girov götürülüb.

Avqustun 8-i A.Atambayev polisə təslim olub. Sabiq prezidentə qarşı korrupsiya ittihamları irəli sürülüb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər