ABŞ prezidenti Donald Tramp bildirib ki, KXDR lideri kim Çen In ona yazdığı məktubda danışıqlara başlamaq istəyini dilə gətirib.
Teleqraf.com xəbər verir ki, Tramp bu barədə özünün “Twitter” hesabında yazıb.
O qeyd edib ki, Kim Çem In məktubunda danışıqların ABŞ-Cənubi Koreya təlimləri bitən kimi başlana biləcəyini ehtimal edir.
Daha əvvəl ABŞ prezidenti Kim Çen Indan xoş bir məktub aldığını bəyan etmişdi.