11 Avqust 2019 18:15
2 069
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda keçirilən “ümumerməni oyunları”nın bu il Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində təşkil olunmasını siyasi qərar kimi qiymətləndirən Türkiyədə yaşayan erməni idmançılar yarışlara qatılmayacaqlarını bəyan ediblər.

Teleqraf.com xəbər verir ki, idmançılar builki yarışların Yerevanda deyil, məhz Dağlıq Qarabağda keçirilməsinə öz etirazlarını bildiriblər.

Erməni Olimpiadaları İstanbul Komitəsinin rəhbərliyinin “ümumerməni oyunları”na qatılmamaq barədə qəbul etdiyi qərar Ermənistan Olimpiya Komitəsi tərəfindən etirazla qarşılanıb.

“Şişli” və “Taksimspor” klublarının ümumilikdə 300 nəfərdən ibarət heyəti təyyarə biletlərini və Yerevan otellərindəki rezervasiyalarını son anda ləğv ediblər.

Erməni Olimpiadaları İstanbul Komitəsinin sədri Haygaram Karasu bildirib ki, “ümumerməni oyunları”nın Yerevanda deyil, məhz Dağlıq Qarabağda keçirilməsi idmançıların etirazına səbəb olub. Buna görə də onlar tədbirdə iştirakdan imtina ediblər.

Tədbirin məhz Qarabağda keçirilməsini siyasi qərar kimi qiymətləndirən H.Karasu Ermənistanla Türkiyə və Azərbaycan arasında diplomatik böhrana yol açan bir bölgədə müsabiqələrin keçirilməsinin idman tədbiri deyil, siyasi seçim olduğunu qeyd edib: “Biz Türkiyə vətəndaşıyıq və bir yolumuz var. Azərbaycanlı dostlarımızı narahat edən hər hansı bir siyasi problem varsa, biz belə tədbirdə iştirak edə bilmərik. Türkiyə vətəndaşları olaraq bizim Qarabağa getməyimizin səhv addım olacağını düşünürük”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər