İsrailin Baş naziri Binyamin Netanyahu Ukraynaya rəsmi səfər edəcək.
Teleqraf.com xəbər verir ki, Netanyahunun səfəri çərçivəsində Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşəcəyi və İkinci Dünya müharibəsi zamanı almanların öldürdüyü yəhudilərin xatirəsini yad edəcəyi bildirilir.
Məlumata görə, Binyamin Netanyahu avqustun 18-də Kİyevə gedəcək, Babiy Yarda keçirilən mərasimdə də iştirak edəcək.
Qeyd edək ki, 1941-ci ilin sentyabrında almanlar Kiyev yaxınlığındakı Babiy Yar adlı yerdə yəhudi, qaraçı və sovet əsirləri də daxil olmaqla 100 minə yaxın insanı güllələyiblər.