11 Avqust 2019 22:39
666
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ümid edirəm ki, ABŞ tərəfi yürütdüyü siyasətin yanlış olduğunu başa düşəcək.

Bunu İran Prezidenti Həsən Ruhani Qətər əmiri Təmim bin Həməd əl-Sani ilə telefon danışığı zamanı deyib.

"ABŞ və digər dövlətlərin Fars körfəzi ilə bağlı atdıqları addımlar dünyada təhlükəsizliyə ciddi təhdid yaradır. Bu, regional problemlərin daha qarışıq hal almasına səbəb olacaq. Tarixi təcrübə göstərir ki, başqa dövlətlərin belə müdaxilələri vəziyyəti daha da gərginləşdirib. ABŞ öz mövqeyini dəyişməlidir", - Ruhani bildirib.


Müəllif: Mənbə/Axar.az

Oxşar xəbərlər