İran, hətta ABŞ və ya İngiltərə gəmilərinin müşayiəti ilə gedən və ləvazimat daşıyan istənilən gəmini saxlamağa qadirdir.
Teleqraf.com xəbər verir ki, bunu Livanın “Əl-Mayadeen” telekanalına müsahibə zamanı İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbi-dəniz qüvvələrinin komandanı Əlirza Tanqsiri bildirib.
O, həmçinin “beynəlxalq hüququ pozan” İngiltərə gəmisinin buraxılmasını və Cəbəllütariqdə tutulan İran tankerinin azad edilməməsini ədalətsizlik hesab etdiyini söyləyib.
Bundan əlavə, Tanqsiri SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin Hörmüz boğazında və Fars körfəzində təhlükəsizliyin təmin edilməsində məsuliyyət daşıdığını vurğulayıb.