12 Avqust 2019 14:51
665
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın müxalif "Rustavi 2" televiziya kanalı satışa çıxarılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə telekanalın sahibi, biznesmen Kibar Xalvaşi bəyanat yayıb.

O, televiziyanın ən yüksək məbləğ təklif edəcək şəxsə satılacağını söyləyib.

"Rustavi 2"nin maliyyə böhranı yaşadığını deyən Kibar Xalvaşi bildirib ki, 1 milyon dollar bank zəmanəti təqdim edə bilən şəxslərlə müzakirə aparmağa hazırdır.

Biznesmen yeganə şərt kimi telekanalı sabiq prezident Mixayıl Saakaşviliyə satmayacağını deyib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər