12 Avqust 2019 19:07
653
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın Baş naziri Mamuka Baxtadze ölkənin turizm sektorunun Rusiyadan gələnlərin sayının azalması nəticəsində üzləşdiyi itkilərin həcmini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, o deyib:

“Atdığımız addımlar turizm sektorunun inkişaf dinamikasını mütləq geri qaytaracağımızı deməyə əsas verir. İyul ayı üzrə məlumatlara əsasən turizm sektoruna 60 milyon dollaradək ziyan dəyib. Amma iyun ayında Acarıstan bölgəsində çox yaxşı trend qeydə alınıb. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu bölgədə turizm sektorunun 40% böyüdüyünü görmək olar”.

Baş nazir turizm sektorunda çalışan bütün iş adamlarına dəstək verilməsinin vacib olduğunu qeyd edib.


Müəllif: Səxavət

Oxşar xəbərlər