12 Avqust 2019 16:36
1 065
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hökumət əleyhinə keçirilən nümayiş iştirakçılarının Honkonq beynəlxalq hava limanını ələ keçirmələri səbəbindən bu hava limanından bütün uçuş-eniş reysləri ləğv edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə “South China Morning Post” qəzeti xəbər verir.

Nəşrin yazdığına görə, hava limanının rəhbərliyi minlərlə hökumət əleyhinə nümayişçinin binanı ələ keçirməsindən sonra günün sonuna qədər olan bütün uçuşları ləğv etməyi əmr edib.

Qəzet yazır ki, artıq havada olan təyyarələrə eniş etməyə icazə veriləcək.

Dünyanın ən çox reyslər yetirilən hava limanlarından olan Honkonq hava limanında artıq dördüncü gündür ki, cinayət törədənlərin Çinə ekstradisiyası ilə bağlı qanun layihəsi əleyhdarlarının nümayişləri davam edir.


Müəllif: Səxavət

Oxşar xəbərlər