Türkmənistanın Türkmənbaşı şəhəri və ətraf rayonlarında Qurban kəsmək qadağan edilib.
Teleqraf.com xəbər verir ki, buna səbəb şəhərdə Birinci Xəzər İqtisadi Forumunun keçirilməsidir.
Yerli hakimiyyəti belə bir addımın sammit zamanı sanitariya və nizam-intizamın gözlənilməsi üçün atıldığını bildirib.
Məlumata görə, şəhərdə vahid hərəkət prezident Qurbanqulu Berdiməhəmmədovun tədbirə hazırlığı yoxlamağa gəlişindən etibarən 13 avqusta qədər dayandırılıb.
Türkmənbaşıda forum avqustun 11-12-də keçiriləcək.
Ölkədə Qurban bayramı avqustun 11-dən 14-dək qeyd olunur.