“SEPAH qüvvələri İsrail sərhədinə qədər irəliləyib, 40 ildən sonra biz artıq İsrail sərhədinə çatmışıq”.
Teleqraf.com xəbər verir ki, bunu İran İnqilab Keşikçiləri Korpusuna (SEPAH) bağlı Əmmar qərargahının mərkəzi şurasının rəisi Mehdi Taib deyib.
O, İranın 40 il əvvəllə müqayisədə bu gün daha güclü olduğunu iddia edib:
“40 il əvvəl bizim heç nəyimiz yox idi və belə bir imkana sahib deyildik. Lakin indi bu imkana sahib olmuşuq. Bu gün Əlinin qılıncı artıq Qüds darvazasının arxasına qədər çatıb və heç kəs bizə mane ola bilməz”.
Mehdi Taib İran və ABŞ arasında gedən nüvə müzakirələrinə də toxunub:
“Hesab edirik ki, hazırda müzakirə aparmaq zamanı deyil və biz Vaşinqtonla hər hansı bir müzakirə aparmayacağıq. Biz addım-addım nüvə sazişindən çıxacağıq, Qərb ölkələrinin isə öz öhdəliklərinə əməl etmədiyini sübut edəcəyik”.