13 Avqust 2019 13:39
1 141
12 Punto 14 Punto 16 Punto 18 Punto

6-9 oktyabr tarixlərində Ermənistanın paytaxtı İrəvanda Dünya İnformasiya Texnologiyaları Konqresi keçiriləcək.

Teleqraf.com “Hraparak” qəzetinə istinadən xəbər verir ki, Ermənistan rəhbərliyi və xarici ölkələrdəki erməni diaspora təşkilatları dünyanın məşhur simalarının bu konqresdə iştirak etməsi üçün hazırlığa başlayıb.

Erməni nəşri qeyd edir ki, təşkilatçılar hazırda ABŞ-ın keçmiş prezidenti Barak Obama ilə danışıqlar aparır və forumdakı 30 dəqiqəlik çıxışı üçün bir neçə yüz min dollar ödəməyə hazırdır:

“Obamanın bir çıxışı üçün qiyməti 400-800 min dollar arasındadır. Bu dəfə nə qədər tələb etməsi danışıqların vaxtından və nəticəsindən asılıdır...”


Müəllif: Mənsur Rəğbətoğlu