13 Avqust 2019 13:54
842
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Keçmiş prezident Almazbek Atambayevə çevriliş etmək üçün qan lazım idi. Özünü qəsdən uşaqlar və qadınlarla əhatə etmişdi, buna görə onlara pul ödəmişdi”.

Teleqraf.com xəbər verir ki, bunu Qırğızıstan Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin rəhbəri Orozbek Opumayev mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Atambayevin özü onun iqamətgahına basqın ediləndə bir neçə dəfə geri çəkiləcəyini bildirsə də, buna əməl etməyib. Bu səbəbdən də terrorizmlə mübarizə dəstəsi onu saxlamaq qərarı verib:

“Bu adi bir əməliyyatlardan biri idi. Bunlardan biri avqustun 7-də həyata keçirildi. Atambayevin iqamətgahına kimin və nə vaxt girməsi haqda məlumat topladıq. Əməliyyatdan əvvəl isə iqamətgahının həyətində olan 30 nəfərdən xüsusi təyinatlılara qarşı istifadə etmək istədi”.

Opumayev Atambayevi xüsusi təyinatlı qüvvələrin hərbçilərini öldürməyə cəhddə ittiham edib.

“İqamətgahının 500 metrliyində bu əraziyə nəzarət edən snayper (“Draqunov”) aşkar olundu, üstəgəl, bir neçə döyüş avtomatı və minlərlə mərmi tapıldı. Xüsusi təyinatlılar silah istifadə etmədən içəri girdilər, lakin onları iqamətgahda atəşlə qarşıladılar, bir polisin başına daş atdılar. Hamımız orda idik. Hamımız silahdan istifadə edə bilərdik, amma bunu etmədik.

Məqsədimiz kimsə zərər görmədən asayişi bərpa etmək idi”.

Opumbayev əsas əməliyyatın növbəti gün həyata keçirildiyini bildirib:

“Xüsusi əməliyyat olayın ikinci günü reallaşdı, tamamilə döyüşə hazır idik. Onu necə olur-olsun ələ keçirməyimiz barədə əmr aldıq. Atambayev qorxaqdır, amma onu ələ keçirə bildik”.

Əlavə edək ki, Almazbek Atambayev dövlət çevrilişinə cəhd ittihamı ilə həbs olunub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər