13 Avqust 2019 17:05
1 215
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya müdafiə nazirinin müavini Andrey Kartapolovun başçılıq etdiyi nümayəndə heyəti Rusiyanın Ermənistandakı “102-ci” hərbi bazasında (Gümrü) olub.

Teleqraf.com xəbər verir ki, Rusiya hərbi bazasının komandiri polkovnik Vladimir Elkanov müdafiə nazirinin müavininə Ermənistandakı rus hərbi birləşmələri haqda məlumat verib.

Kartapalov bazaya verilmiş yeni və müasir hərbi texnikalarla tanış olub.


Müəllif: Mənsur Rəğbətoğlu