13 Avqust 2019 18:04
1 029
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin müxalifətdə olan Cümhuriyyət Xalq Partiyasının (CHP) rəhbəri Kamal Kılıçdaroğlu erkən prezident seçkisindən danışıb.

Teleqraf.com xəbər verir ki, başqan CHP-nin gündəmində erkən seçki məsələsinin olmadığını açıqlayıb.

Kılçadroğlu xalqın erkən seçkilərdən bezdiyini deyib: “Xalq erkən seçkidən bezdi, belə bir məsələ gündəmimizdə yoxdur. İqtisadi problemlərin fəlakət səviyyəsinə qalxdığı bir vaxtda erkən seçkidən danışmaq doğru deyil”.

CHP sədri maliyyə naziri, Prezident Rəcəb Tayyib Ərdoğanın kürəkəni Barat Albayrakı təcrübəsizlikdə ittiham edib:

“Biz hesab edirik ki, iqtisadi idarəetmə dəyişməlidir, kürəkənin öz işinin öhdəsindən gələ bilmədiyi göz qabağındadır. Türkiyə hakimiyyəti xanədanlığa çevrilib, buna görə də dünyada hamı onları lağa qoyur. Verilən iqtisadi qərarların nə qədər yanlış olduğunu görürük”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər