13 Avqust 2019 18:36
779
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Tramp tvitter hesabında ən çox Rusiya ilə bağlı paylaşım edib.

Teleqraf.com xəbər verir ki, bu barədə “The Economist” qəzeti məlumat yayıb.

Nəşr qeyd edib ki, Tramp 2016-cı ildə prezident seçilməsindən bəri 297 dəfə Rusiyanın adının çəkildiyi paylaşım edib.

Ağ Ev rəhbəri 81 xarici ölkə haqqında 1384 dəfə yazıb.

Şimali Koreya prezidentin tvitterdə 163 dəfə adını çəkdiyi ikinci populyar dövlət olub.

Ən çox adı çəkilən üç ölkədən biri Çindir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər