Böyük Britaniya Hərbi-Dəniz Qüvvələrinə məxsus “HMS Kent” freqatı Fars körfəzinə yola düşüb.
Teleqraf.com-un məlumatına görə, bölgədə “HMS Duncan” gəmisini əvəz edəcək.
“HMS Kent” ABŞ-la birgə Fars körfəzində gəmiçiliyin təhlükəsizliyi ilə əlaqədar müşahidə missiyasını həyata keçirəcək.
Bundan başqa, freqat Hörmüz boğazından keçən Böyük Britaniya gəmilərini müşayiət edəcək.