ABŞ Prezidenti Donald Trump və Rusiya Prezidenti Vladimir Putin Birləşmiş Ştatların Moskvadakı səfiri Con Hantsmanın istefasını müzakirə edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat yayıb.
O, Trampın həmkarını səfirin istefası barədə məlumatlandırdığını söyləyib: “Bundan əlavə, Tramp Putinə yeni namizədin kim olacağını deməyə söz verdi”.
Peskov vurğulayıb ki, Hantsmanın ABŞ-ın Rusiyadakı səfirlik müddət iki ölkə arasında ikitərəfli münasibətlərin çətin dövrünə təsadüf edib.
Qeyd edək ki, 2017-ci ilin oktyabrından ABŞ-ın Rusiyadakı səfiri kimi çalışan Con Hantsman istefa ərizəsini Donald Trampa göndərib. O, səfir postunu 3 oktyabrda tərk edəcək.