“Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında növbəti görüşün hansı tarixdə keçiriləcəyi məlum deyil. Hələlik bu məsələ müzakirə mövzusu deyil”.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Zohrab Mnatsakanyan deyib.
O, iki ölkənin xarici işlər nazirləri arasındakı növbəti görüşün tarixinin də məlum olmadığını bildirib: “Lakin bu kimi görüşlərin periodik olaraq keçiriləcəyini deyə bilərəm”.
Nazir azərbaycanlı həmkarı Elmar Məmmədyarovla iki ay əvvəl görüşdüyünü xatırladıb: “Danışıqlar prosesinin davam etməsini planlaşdırırıq”.