14 Avqust 2019 19:53
2 065
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hindistan hökumətinin mübahisəli Cammu və Kəşmir bölgələrinə dair tətbiq etdiyi məhdudiyyətlər qismən aradan qaldırılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Kəşmir polis təşkilatının rəhbəri Munir Xan açıqlama yayıb.

Munir Xan Cammu və Kəşmirdə vəziyyətin tamamilə nəzarət altında olduğunu deyib.

Məlumata görə, məhdudiyyətlərin qaldırılması ilk növbədə Cammu şəhərinə təsir göstərəcək. Lakin Kəşmirdə sabitliyi qorumaq üçün bəzi məhdudlaşdırıcı qaydaların qalacağı vurğulanıb.

Bundan əvvəl Hindistan Pakistanla münaqişəyə səbəb olan bölgəyə 8 mindən çox qoşun göndərib. Rəsmi Dehli bu qərardan sonra bölgədə vəziyyətin gərginləşməsinə adekvat olaraq mobil rabitə, internet və kabel şəbəkələrini bağlayıb, komendant saatı tətbiq edib.

Polis bir sıra tanınmış yerli siyasətçiləri saxlayıb.

Hindistan hökuməti avqustun 5-də Cammu və Kəşmirin statusunun ləğvi və bu bölgədə iki birlik ittifaqı (dövlətdən daha az hüquqa sahib olan inzibati vahidlər) yaratmaq qərarını elan edib.

Pakistan hökuməti rəsmi Dehlinin bu addımının savaşa yol açacağını bildirib. Bəyanat yayan Pakistan Baş naziri İmran Xan artıq Hindistanla sülh danışıqlarının nəticə vermədiyini, savaşın hər an başlaya biləcəyini söyləyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər