2045-ci ilə qədər Şimali və Cənubi Koreyanın birləşməsi üçün çalışacağam.
Teleqraf.com xəbər verir ki, bu bəyanatla Cənubi Koreya Prezidenti Mun Çje İn çıxış edib.
Onun fikrincə, birləşmiş Koreya dünyanın ən böyük iqtisadi göstəricilərinə malik olacaq: “80 milyonluq bir ölkə böyük bazara çevriləcək. 1950-1953-cü illərdə Koreya müharibəsi atəşkəslə başa çatdı, amma sülh anlaşması imzalanmadı. 2045-ci ildə qurtuluşun 100-cü ildönümündə dünyaya sülh və sabitlik içində olan ölkə kimi girmək üçün sağlam təməl qurulacağına söz verirəm”.
Cənubi Koreya prezidenti qeyd edib ki, 2023-cü ildə keçirilməsi planlaşdırılan olimpiada Seul və Pxenyan hökumətləri tərəfindən uğurlu şəkildə reallaşdırılacaq.